Biləsuvarda yaşayan Banuçiçək İbayeva qum və düz vasitəsi ilə maraqlı rəsmlər çəkir.
Qaziler.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, əsasən bədii əsər qəhrəmanlarına üstünlük verən gənc qadının ən çox vaxt tələb edən işi cəmi 10 dəqiqəyə başa gəlib.Qum və duzla maraqlı rəsmlər çəkir. Biləsuvarın İsmətli kənd sakini olan Banuçiçək İbayeva 12 yaşından rəsm çəkməklə məşğul olub.Əvvəlcə kağız üzərində şəkillər çəkən gənc bir müddət sonra unla əl işləri ərsəyə gətirib. Ən nəhayət isə qum və duzla işləməyə üstünlük verib.Bunu isə ağ-qara rəsmlərə üstünlük verməsi ilə əlaqələndirir.
Onun qum ilə çəkdiyi ilk əl işi "Dədə Qurqud"un portreti olub.Onun sözlərin görə,hələ orta məktəbdə oxuduğu illərdən ədəbiyyata böyük marağı olduğu üçün əl işlərində bədii əsər qəhrəmanlarına daha çox üstünlük verir.Bir rəsmin ərsəyə gəlməsi isə bir neçə dəqiqə vaxtını alır.
Tanınmış şəxsiyyətlərin portretlərini isə əsasən duzla işləməyə üstünlük verir