8-ci övladın dünyaya gəlişi kənddə bayram ab-havası yaratdı

8-ci övladın dünyaya gəlişi kənddə bayram ab-havası yaratdı backend

Azərbaycanda çoxuşaqlılıq ənənəsinin unudulduğu bir vaxtda bir Bərdə sakini 8 övladı dünyaya gətirib.

Qaziler.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, onun yaxınları və həmkəndliləri bu hadisəni az qala bayram kimi qeyd ediblər. Hətta doğum evinə təmtəraqlı maşın karvanı ilə gediblər.

Bərdənin Yendaşkənd sakini Vüsal Qurbanovun 8-ci dəfə ata olması həmkəndlilərini və yaxınlarının da böyük sevincinə səbəb olub.

Onlar bu sevinclərini doğum evinə 8 maşından ibarət xüsusi bəzəkli, təmtəraqlı karvan düzlədərək getməklə biruzə veriblər. Kəndlilərin bu hərəkəti ətrafdakıların da marağına səbəb olub.

Bəziləri ürək sözlərini deyib,ən xoş arzularını çatdırıblar.Bəziləri isə sevincini şeirlə bölüşüblər. Vüsal Qurbanovun hazırda 4 qızı və 4 oğlu var. O deyir ki,7 övladının heç birinin adını özü qoymayıb. Hörmət əlaməti olaraq valideynlərinin öhdəsinə buraxıb.

Həkimlərdə yeni doğulan körpənin cəkisinin və səhətinin normal olduğunu bildirirlər.

Diaspora