Moskvada qəzəb və ləyaqət marşı keçiriləcək

Moskvada qəzəb və ləyaqət marşı keçiriləcək backend

Üç təşkilat – RPR – PARNAS partiyası, “Həmrəylik” hərəkatı, Etiraz Hərəkatı Komitəsi Moskvada keçiriləcək növbəti kütləvi aksiyanın anonsunu veriblər. Qəzəb və ləyaqət marşı aprelin 19 – a planlaşdırılıb. Müxalifət lideri Boris Nemtsovun öldürülməsi, siyasi terror mövzularının bu aksiyada ucadan səsləndiriləcəyi şübhə doğurmur.

Qazilər.az saytının “Ejednevnaya qazeta”ya istinadən bildirdiyinə görə aksiyanın son formatı hələ tam müəyyənləşdirilməyib. Bu aksiyanın marş və ya marş - mitinq olacağı, çox güman ki, hətta tarixi də tam dəqiqləşdirilməyib. Gələn həftənin əvvəlindən etibarən hazırlıqlara başlanılacaq. Təşkilatçılar güman edir ki, bu nümayişə minlərlə insan və müxtəlif təşkilatlar qatılmağa hazırlaşır. Təbii ki, pul da yığılacaq.
Diaspora