Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil

Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil backend

“Rusiya hərbi bazası bizə lazım deyil”.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyanın Birinci Kanalına müsahibəsi zamanı deyib.

Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirmədiyini vurğulayan Paşinyan Ermənistanın ona ehtiyacı olmadığını deyib.

“Əgər Rusiya burada hərbi bazaya malik olmaq istəyirsə, bu, bir vəziyyətdir, istəmirsə, başqa vəziyyətdir. Məsələ yalnız bundan ibarətdir”, – baş nazir əlavə edib.