Moskvada Türkiyənin səfirliyinin binasında yanğın baş verib. Hadisə zamanı binadan 20 nəfər təxliyə edilib.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti paytaxtın fövqəladə xidmətlərindəki nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, ilkin məlumata əsasən, yanğın Türkiyə səfirliyinin ərazisində, 7-ci Rostov döngəsi, 12 ünvanında yerləşən inzibati binada baş verib.
QAZİLER.AZ