Xameneinin müşaviri Hörmüz boğazı ilə bağlı iddia səsləndirib

Xameneinin müşaviri Hörmüz boğazı ilə bağlı iddia səsləndirib backend

İranın Ali rəhbəri Müctəba Xameneinin müşaviri Məhəmməd Moxber Hörmüz boğazı ilə bağlı iddia səsləndirib.

Qaziler.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir. 

İranın Ali Rəhbəri Müctəba Xameneinin müşaviri Məhəmməd Müxbir jurnalistlərə açıqlamasında Hörmüz boğazındakı vəziyyət və ABŞ-nin dəniz blokadası ilə bağlı danışarkən: “Qəti şəkildə bildirirəm ki, nə Hörmüz boğazı açılacaq, nə də blokadanın davam etməsinə icazə verəcəyik”, - deyib.

Moxbet bunun nə vaxt baş verəcəyi ilə bağlı suala cavab olaraq bildirib: “Bu, elə indi baş verir”.

QAZİLER.AZ