Ərdoğan “Beşiktaş”ın prezidenti ilə telefonla danışıb

Ərdoğan “Beşiktaş”ın prezidenti ilə telefonla danışıb backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.

Qaziler.az-ın apa-ya istinadən məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb.

Ərdoğan prosesin gedişini yaxından izlədiyini bildirib, “Beşiktaş” klubuna və azarkeşlərinə keçmiş olsun diləklərini çatdırıb.

Xatırladaq ki, Gürcüstanın Batumi şəhərində UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib.