Zelenski: Rusiya Ukraynaya kütləvi raket zərbəsi endirməyə hazırlaşır, hər birinə cavab verəcəyik

Zelenski: Rusiya Ukraynaya kütləvi raket zərbəsi endirməyə hazırlaşır, hər birinə cavab verəcəyik backend

Rusiya yenidən Ukraynaya böyük bir hücum üçün onlarla raket toplayır. Lakin hər bir hücuma təsirli cavab veriləcək.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin Telegram-dakı açıqlamasına istinadən məlumat yayıb.

Ukrayna prezidentinin sözlərinə görə, kəşfiyyat məlumatları Rusiyanın yeni kütləvi hücuma hazırlaşdığı barədə dəqiq məlumat verir.

"Bu günlərdə, zxahiş edirəm, raket təhlükəsi siqnallarına diqqət yetirin", — deyə o xəbərdarlıq edib.

O həmçinin əlavə edib ki, təcavüzkar ölkə bilməlidir: "biz özümüzünkünü bərpa edəcəyik, Rusiyaya isə hər bir zərbəyə görə cavab verəcəyik".

QAZİLER.AZ