Hakan Fidan gürcü həmkarı ilə telefonla danışıb

Hakan Fidan gürcü həmkarı ilə telefonla danışıb backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə Beşiktaşın UEFA Avropa Liqası oyununu izləmək üçün Batumiyə gələn Türkiyə vətəndaşlarının vəziyyəti ilə bağlı telefon danışığı aparıb.

Qaziler.az TRT_Haber-ə istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, "Beşiktaş"ın UEFA Avropa Liqası oyununu izləmək üçün Batumiyə gələn Türkiyə vətəndaşlarının vəziyyəti yaxından izlənilir.

Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə telefon danışığı aparıb.

Türkiyənin Tbilisidəki səfirliyinin və Batumidəki baş konsulluğunun əməkdaşlarının stadionda olduğu, Türkiyə vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının qorunması üçün bütün zəruri addımların atıldığı bildirilib.

QAZİLER.AZ