Rusiya XİN-dən Kanadaya sərt ittiham: "Onların etdikləri biabırçılıqdır" - VİDEO

Rusiya XİN-dən Kanadaya sərt ittiham: "Onların etdikləri biabırçılıqdır" - VİDEO backend

Kanadanın rusiyalı paralimpiyaçıları yarışlara buraxmamaq qərarı rüsvayçılıq və biabırçılıqdır.

Qaziler.az "İzvestiya"ya istinadən xəbər verilir ki, bunu noyabrın 26-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Bu, Kanada üçün rüsvayçılıqdır. Onların etdikləri ağlasığmaz biabırçılıqdır. Neonazizm elə budur", — deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Kanada tərəfi əvvəlcə rusiyalı idmançıların viza müraciətlərinə baxılmasını əsassız olaraq uzadıb, daha sonra isə onlara viza verməkdən imtina edib. Qeyd edək ki, paralimpiyaçılar noyabr ayında Kanadanın Kenmor şəhərində keçirilən Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) paralimpiya xizək yürüşləri üzrə Qitə Kubokunda iştirak etməyi planlaşdırırdılar.

QAZİLER.AZ