İstanbulda bir bina boşaldıldı - SƏBƏB

İstanbulda bir bina boşaldıldı - SƏBƏB backend

İstanbulun Zeytinburnu rayonunda dördmərtəbəli bina tikinti işləri zamanı baş verən sürüşmə səbəbindən təxliyə edilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, sürüşmə Yeşiltepe məhəlləsindəki tikinti sahəsində təməl işləri aparılarkən baş verib.

Sürüşmə nəticəsində tikinti sahəsinin yanındakı dördmərtəbəli binanın girişindəki yolda çökmə baş verib. Hadisə yerinə polis, tibb və  xilasetmə qrupları göndərilib.

Bölmələr iki mərtəbəsi boş olan binada yaşayan iki ailədən doqquz nəfəri təxliyə edib. Sakinlər otellərdə yerləşdirilib.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb və hadisə ilə bağlı araşdırmalar davam edir.

QAZİLER.AZ