Kubandakı Slavyansk Neft Emalı Zavodu dron hücumundan sonra yanıb

Kubandakı Slavyansk Neft Emalı Zavodu dron hücumundan sonra yanıb backend

Rusiyanın Krasnodar diyarındakı Slavyansk Neft Emalı Zavoduna PUA hücumu nəticəsində güclü yanğın baş verib və neft dağılması qeydə alınıb.

Qaziler.az bildirir ki, "Neftegaz.RU" Telegram kanalının və "Slavyansk EKO" şirkətinin rəsmi açıqlamasına görə, noyabrın 26-da baş verən hücum zamanı müəssisə ciddi zərər görüb.

Zavodun yaydığı məlumatda aşağıdakı obyektlərin əhəmiyyətli dərəcədə zədələndiyi bildirilir:

  • Neftin atmosfer distilləsi qurğusu;
  • Tünd neft məhsulları və benzin fraksiyası boru kəməri;
  • Saxlama çənləri və onlarla əlaqəli boru xətləri.

Bundan əlavə, tünd neft məhsullarının saxlanma parklarının tamamilə dağıldığı qeyd olunur.

QAZİLER.AZ