Ermənistan sərhədlərini özü qoruyacaq: Paşinyan Rusiya hərbçilərinin gedişindən danışdı

Ermənistan sərhədlərini özü qoruyacaq: Paşinyan Rusiya hərbçilərinin gedişindən danışdı backend

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti qarşıdakı illərdə Ermənistan ərazisində fəaliyyətini tamamilə dayandıracaq.

Bu barədə respublikanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib,

Qaziler.az bildirir ki, bu barədə "Armenpress" xəbər verir.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, ölkə dövlət sərhədlərinin mühafizəsi üzrə tam məsuliyyəti müstəqil şəkildə öz üzərinə götürmək niyyətindədir.

"Biz bu müddət ərzində Ermənistan sərhədlərində dayandıqlarına görə Rusiya Federasiyasının sərhədçilərinə minnətdarıq. Lakin hesab edirəm ki, qarşıdakı illərdə sərhədlərimizə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyimizin vaxtı çatıb", - deyə Paşinyan bildirib.

Rusiya sərhədçilərinin Ermənistan ərazisində mövcudluğunun mərhələli şəkildə azaldılması prosesinə daha əvvəl başlanılıb. 1 avqust 2024-cü il tarixində Rusiya FTX Sərhəd Xidmətinin nümayəndələri İrəvandakı "Zvartnots" beynəlxalq hava limanında xidmətlərini başa vurublar.

2025-ci ilin yanvar ayından Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindəki "Aqarak" sərhəd məntəqəsində, həmin ilin fevral ayından isə Ermənistan-Türkiyə sərhədindəki buraxılış məntəqəsində xidmət aparmağı dayandırıblar.

Hazırda Rusiya FTX Sərhəd İdarəsinin nümayəndələri 1992-ci il tarixli sazişə əsasən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə birgə respublikanın Türkiyə və İranla sərhədlərinin mühafizəsində iştirak edirlər.

QAZİLER.AZ