Rusiya hərbçiləri üçün qış dövründə Krım körpüsünün bərpası mürəkkəb hava şəraiti səbəbindən qeyri-realdır; onların yazda təmir işlərinə tez başlaya bilib-bilməyəcəyini isə hələlik proqnozlaşdırmaq tezdir.
Qaziler.az bildiir ki, "RBK-Ukrayna" agentliyinin məlumatına görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov "Birlik naminə dialoq" tədbiri zamanı bəyan edib.
"Düşünürəm ki, qış dövründə fırtınalar, dənizin dalğalı olması və digər səbəblərə görə bu, qeyri-realdır. Yazdan etibarən bu prosesə tez başlaya biləcəklərmi? Hələ buna çox var və həmin vaxt nə baş verəcəyi aydın deyil. Amma qışda bunun az ehtimal olunduğunu hesab edirəm", — deyə Budanov qeyd edib.
Eyni zamanda, Prezident Ofisinin rəhbəri Rusiyanın Kiyevin körpü infrastrukturuna hücumlarının güclənməsinə də münasibət bildirib.
QAZİLER.AZ