Lukaşenko Belarusun Ukraynaya hücumda iştirakını təkzib edib

Lukaşenko Belarusun Ukraynaya hücumda iştirakını təkzib edib backend

Belarus Ukraynaya hücuma aidiyyəti olmadığını və Rusiyaya hücumlar üçün heç bir baza təqdim etmədiyini bəyan edib.

Qaziler.az-ın "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

"Siz başa düşəsiniz deyə mən xüsusi olaraq Belarusun xəritəsini götürmüşəm. Brest və Qomel vilayətlərində Belarus və Rusiyanın təlimləri keçirilirdi. Bunlar 2022-ci ildə planlaşdırılmış təlimlər idi. Onlar başa çatdıqdan sonra Rusiya qoşunları Belarus ərazisini tərk etməli idi", — deyə o danışıb.

Lukaşenko qeyd edib ki, ABŞ müharibənin başlaya biləcəyi barədə xəbərdarlıq edib və Ukraynanı sərhəd yaxınlığında qoşunların cəmləşməsi barədə məlumatlandırıb.O əlavə edib ki, "belə bir şeyin baş verə biləcəyinə inanmırdı".

Lukaşenko rusiyalı hərbçilərin qarşısını niyə almadığı ilə bağlı suala cavab verərək, Ukraynanın artıq Belarusla müharibə vəziyyətində olduğunu bəyan edib.

"Soruşa bilərsiniz ki, mən niyə müdaxilə etmədim və rusiyalıları dayandırmadım? Bəs mən niyə onları dayandırmalı və Ukrayna uğrunda mübarizə aparmalıyam? Ukrayna artıq Belarusla müharibə vəziyyətində idi", — deyə Lukaşenko bildirib.

O, xüsusilə Minskə qarşı sanksiyaların tətbiq edilməsini, hava məkanının bağlanmasını və Belarus vaqonlarının həbs olunmasını xatırladıb.

QAZİLER.AZ