Türkiyənin Van vilayətinin Erciş rayonunun Kocapınar məhəlləsində yerləşən ailə sağlamlıq mərkəzinə noyabrın 23-də sağlamlıq haqqında arayış almaq üçün gələn cütlük ilə tibb heyəti arasında mübahisə yaranıb.
Qaziler.az bildirir ki, bu barədə ensonhaber məlumat verib.
Qanalma sistemindəki nasazlıq səbəbindən başlayan mübahisənin böyüməsi nəticəsində arayış üçün müraciət edən Ö.İ. və M.İ. növbətçi həkim M.E. və tibb bacısı F.G.-ni döyüblər.
Hadisədən sonra Ö.İ. və M.İ. jandarma əməkdaşları tərəfindən saxlanılıblar. Məhkəməyə çıxarılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilərək həbsxanaya göndəriliblər.
Ailə sağlamlıq mərkəzinə müraciət edən Ö.İ. ilə M.İ.-nin bu arayışı nikah qeydiyyatına düşmək üçün tələb etdikləri məlum olub.
Erciş Dövlət Xəstəxanasına yerləşdirilən həkim M.E. və tibb bacısı F.G. isə müalicələri başa çatdıqdan sonra xəsarət almaları barədə tibbi arayış verilərək evə buraxılıblar.
QAZİLER.AZ