Kiyevdən Moskvaya istehzalı mesaj: "Təmir etdiniz? İndi emal edin" — "Rosneft"in iki zavodu yenidən alovlandı

Kiyevdən Moskvaya istehzalı mesaj: "Təmir etdiniz? İndi emal edin" — "Rosneft"in iki zavodu yenidən alovlandı backend

Ukrayna Müdafiə Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın Nijni Novqorod vilayətində yerləşən və "Kinjal" raketlərinin daşıyıcılarının bazalaşdığı "Savasleyka" aerodromuna zərbə endirib, həmçinin Samara vilayətində "Rosneft"ə məxsus iki neft emalı zavodu yenidən yanır.

Qaziler.az bildirir ki, "RBK-Ukrayna" agentliyinin Ukrayna Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Nijni Novqorod vilayətindəki aerodromda "Kinjal" raketlərini daşıyan "MiQ-31K" təyyarələri yerləşir. Nazirliyin məlumatına əsasən, bu təyyarələrin havaya qalxması ilə bütün Ukrayna ərazisində mütəmadi olaraq hava həyəcanı elan edilir.

"Aerodromun vurulması düşmənin mülki insanlarımızı terrora məruz qoymaq imkanlarını azaldır", — deyə qurum vurğulayıb.

Müdafiə Nazirliyi həmçinin Samara vilayətində "Rosneft" şirkətinə məxsus Sızran və Kuybışev neft emalı zavodlarına endirilən zərbələrə işarə edərək: "Təmir etdiniz? İndi emal edin", — deyə bildirib.

QAZİLER.AZ