Məktəbdə faciəli anlar kameraya düşdü: Pilləkən məhəccərindən sürüşmək istəyən uşaq həyatını itirdi - VİDEO

Məktəbdə faciəli anlar kameraya düşdü: Pilləkən məhəccərindən sürüşmək istəyən uşaq həyatını itirdi - VİDEO backend

Qazaxıstanda 11 yaşlı uşaq məktəb pilləkəninin məhəccərindən sürüşməyə çalışarkən müvazinətini itirərək yerə yıxılıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlanılıb. Dəhşətli anlar isə məktəbin təhlükəsizlik kameralarına anbaan əks olunub.

Qazaxıstanın Almatı vilayətinin Konayev şəhərindəki məktəblərdən birində baş verən hadisə ölkəni dərindən sarsıdıb. Pilləkən məhəccərindən sürüşmək istəyən 11 yaşlı şagird müvazinətini itirərək hündürlükdən yıxılıb və ağır xəsarət alıb. 

Hadisə yerində ilkin tibbi yardım göstərilən uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib. Ağır kəllə-beyin travması aldığı bildirilən şagirdin vəziyyətinin kritik olduğu və həkimlərin onu həyatda saxlamaq üçün intensiv səy göstərdikləri qeyd olunub.

Xəstəxanada iki gün ərzində müalicə alan 11 yaşlı uşaq həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Acı hadisədən sonra rəsmi qurumlar qəza ilə bağlı araşdırmalara başlayıb, yerli hakimiyyət orqanları isə oxşar bədbəxt hadisələrin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirmək qərarına gəliblər.

QAZİLER.AZ