Rusiya Zaporojyeyə zərbələr endirdi: çoxmərtəbəli binalar dağıldı - FOTO

Rusiya Zaporojyeyə zərbələr endirdi: çoxmərtəbəli binalar dağıldı - FOTO backend

Rusiya hərbçiləri noyabrın 25-də səhər saatlarında növbəti dəfə Ukraynanın Zaporojye şəhərinə hücum ediblər.

Çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib, xəsarət alanlar var, şəhərin və vilayətin bir hissəsi isə işıqsız qalıb.

Qaziler.az bildirir ki, "RBK-Ukrayna" agentliyinin Zaporojye Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Mixail Semikinin "Telegram" kanalına və "Zaporojyeoblenerqo" şirkətinə istinadən verdiyi məlumata görə, şəhərin Şevçenko rayonu zərbələrə məruz qalıb, nəticədə çoxmərtəbəli binalar və avtomobillər zədələnib.

Hazırda hücum nəticəsində üç nəfərin yaralandığı məlumdur.

Həmçinin Dnepr Su Elektrik Stansiyasının (DneproGES) bəndi üzərindən nəqliyyatın hərəkəti hər iki istiqamətdə tamamilə bağlanıb. Alternativ yol kimi Xortitsa adasındakı Tağlı körpü, Vant körpüsü və Preobrajenski körpüsündən istifadə olunur.

Bundan əlavə, atəşə tutulma nəticəsində enerji infrastrukturunun zədələnməsi səbəbindən Zaporojye şəhərində və vilayətdə xeyli sayda abunəçinin elektrik enerjisi təchizatı dayandırılıb.

QAZİLER.AZ