Türkiyədə məşhurlara qarşı narkotik istintaqı çərçivəsində 23 nəfər saxlanılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İstanbulda məşhurlara qarşı aparılan narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində saxlanılması barədə qərar verilən 35 şübhəlidən 23-ü tutulub. Saxlanılanlar arasında Özcan Deniz və Deniz Çakır da var.
İstanbul Respublika Baş Prokurorluğunun “fahişəlik”, “narkotik və ya psixotrop maddələrin ticarəti”, “narkotik və ya psixotrop maddələrin təmin edilməsi”, eləcə də “narkotik vasitələrdən istifadə və ya onların saxlanılması” cinayətləri ilə bağlı başlatdığı istintaq davam edir.
İstintaq çərçivəsində barələrində saxlanılma qərarı çıxarılan 35 şübhəlidən 23-ü artıq saxlanılıb.
QAZİLER.AZ
İstanbul'da ünlülere uyuşturucu soruşturması. Aralarında Özcan Deniz ve Deniz Çakır'ın da bulunduğu 23 şüpheli gözaltına alındı. https://t.co/N3QcQk72GQ
— TRT Haber Canlı (@trthabercanli) November 25, 2026
