Sibiqa: Putin neft emalı zavodlarına zərbələrin dayanmasını istəyirsə, müharibəni bitirmək əmri versin

Sibiqa: Putin neft emalı zavodlarına zərbələrin dayanmasını istəyirsə, müharibəni bitirmək əmri versin backend

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbə endirməsini istəmirsə, müharibəni dayandırmaq əmri verə bilər.

Qaziler.az bildirir ki, "RBK-Ukrayna" agentliyinin məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

"Əgər Putinin Ukraynanın onun neft emalı zavodlarına endirdiyi zərbələrdən xoşu gəlmirsə, o, müharibəni dayandırmaq əmri verə bilər. Əgər o, hərbi gəmilərinin zərbələrə məruz qalmasını istəmirsə, müharibəni dayandırmaq əmri verə bilər", — deyə nazir vurğulayıb.

Sibiqa həmçinin Rusiyanın bu il döyüş meydanında işğal məqsədlərinə yaxınlaşmadan itirdiyi 432 min rusiyalı hərbçini də xatırladıb.

"Aydındır ki, o, onlarla maraqlanmır. Bəsdir şikayət etdiniz. Müharibəni dayandırın", - Ukrayna XİN rəhbəri vurğuladı.

QAZİLER.AZ