Türkiyənin Eskişehir vilayətində baş vermiş helikopter qəzası nəticəsində 5 nəfər şəhid olub.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Eskişehirdə təlim uçuşu zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrimizə məxsus helikopterdə 5 qəhrəman silahdaşımız şəhid olub” - məlumatda deyilir.
Məlumatda vertolyotun qalıqlarının tapıldığı və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.
QAZİLER.AZ
