Rusiyanın Saratov şəhərində 73 yaşlı təqaüdçü qadın oğlunu müdafiə edərkən qonşusunu metal ayaqqabı qaşığı ilə döyüb.
Qaziler.az bildirir ki, "112" Telegram kanalının məlumatına görə, münaqişəyə kişinin zərərçəkmiş qadının yaşlı qohumunu mütəmadi olaraq narahat etməsi səbəb olub.
Mövcud məlumata əsasən, qonşu qadın dava-dalaş salan kişini utandırmaq qərarına gəlib, lakin söhbət mübahisəyə çevrilib. Bu zaman kişinin anası münaqişəyə müdaxilə edərək qonşusuna metal ayaqqabı qaşığı ilə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
QAZİLER.AZ
