Zelenski: Donbasdan geri çəkilmək müharibəni uduzmaq deməkdir

Zelenski: Donbasdan geri çəkilmək müharibəni uduzmaq deməkdir backend

Ukrayna Donbas hesabına Rusiyaya ərazi güzəştləri məsələsini nəzərdən keçirmir, çünki bu, müharibədə məğlubiyyətə gətirib çıxara bilər.

Qaziler.az-ın "RBK-Ukrayna"ya istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yerli və Regional Hakimiyyət Orqanlarının Konqresində bəyan edib.

Dövlət başçısı qeyd edib ki, onun fikrincə, "Donbasdan geri çəkilmək müharibəni uduzmaq deməkdir".

"Mən döyüş əməliyyatlarına görə deyil, özbaşına qərar qəbul edib öz torpağını tərk etməyi nəzərdə tuturam", — deyə Zelenski dəqiqləşdirib.

Onun sözlərinə görə, söhbət sadəcə Ukrayna ərazisinin bir hektarından getmir: "Əgər sən öz dövlətinin bir hissəsini öz xoşunla vermisənsə, heç bir təhlükəsizlik təminatı sonradan səni başqa nəyisə də verməyə məcbur etməyəcəklərinə zəmanət verməyəcək".

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın müharibənin başa çatmasında maraqlı olduğunu, lakin bunun üçün Kiyevin Rusiyanın Ankoricdəki danışıqlar ərəfəsində ABŞ-yə təklif etdiyi kompromislərə razılaşmalı olduğunu bildirmişdi. O, Ukraynanın "Donbasın 10 faizindən" yapışmasına ehtiyac olmadığını qeyd etmişdi.

QAZİLER.AZ