Çeçenistan rəhbəri Ramzan Kadırov canlı yayım ("birbaşa xətt") zamanı Ukraynada müharibənin nə vaxt başa çatacağını heç kimin dəqiq bilmədiyini deyib.
O, əməliyyatın bir il ərzində yekunlaşacağına ümidvar olduğunu bildirib. Yayımın görüntülərini Çeçenistan Dövlət Televiziya və Radio Yayımı Şirkəti ("Qroznı") "VKontakte" sosial şəbəkəsində dərc edib.
""Xüsusi hərbi əməliyyat"ın nə vaxt bitəcəyini heç kim bilmir, hər şey Uca Allahın əlindədir, amma mən dəqiq proqnoz verə bilmərəm, ümid edirəm ki, əməliyyat bir il ərzində başa çatacaq", — deyə Kadırov bəyan edib.
O əlavə edib ki, Rusiya və Çeçenistan döyüşçüləri "xüsusi əməliyyat zonası"nda nəticəyə hesablanmış şəkildə fəaliyyət göstərirlər. Onun sözlərinə görə, hərbçilər cəbhədə real nəticələr əldə edirlər.
QAZİLER.AZ
