Türkiyənin Muğla vilayətinin Milas rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında yer alan məlumata görə, Muğla vilayətində episentri Milas rayonu olan 4,6 bal gücündə zəlzələ baş verib.
Saat 18:39-da qeydə alınan yeraltı təkanların ocağı 7,28 kilometr dərinlikdə yerləşib.
Muğla Valiliyinin sosial media hesabından edilən paylaşımda vilayət ərazisində zəlzələ ilə bağlı hər hansı mənfi halın qeydə alınmadığı bildirilib.
Zəlzələ 6,5 km dərinlikdə qeydə alınıb.
QAZİLER,AZ
