Pezeşkian Xameneinin məzarını ziyarət edib

Pezeşkian Xameneinin məzarını ziyarət edib backend

Noyabrın 24-də İran prezidenti Məsud Pezeşkian Məşhəd şəhərinə səfəri çərçivəsində ölkənin mərhum ali rəhbəri Əli Xameneinin İmam Rza ziyarətgahındakı məzarına baş çəkib.

Qaziler.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir. 

Pezeşkianın ziyarəti ilə bağlı görüntülər "telegram" kanalında da paylaşılıb. 

Qeyd edək ki, İranın ali lideri Əli Xamenei fevral 28-də ABŞ və İsrailin birgə hava zərbələri nəticəsində həlak olub.

QAZİLER.AZ