Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzaladığı fərmanla 13 ölkədəki səfirləri geri çağırıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, müvafiq sənədlər respublika prezidentinin rəsmi saytında dərc olunub.
Yenilənmiş siyahıya ölkənin bir sıra Avropa və Amerika dövlətlərindəki maraqlarını təmsil edən diplomatlar daxil edilib. Geri çağırılanlar arasında Bolqarıstan, Şimali Makedoniya, Yunanıstan, Albaniya, Niderlanddakı səfirlər, eləcə də Argentina, Çili, Peru, Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı nümayəndələr var.
Bundan başqa, İsraildəki səfir, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanındakı daimi nümayəndə və Ermənistanın NATO yanındakı missiyasının rəhbəri də geri çağırılıb.
QAZİLER.AZ

