Kiyevə dron hücumu: Yaralılar var

Kiyevə dron hücumu: Yaralılar var backend

Rusiya hərbçiləri noyabrın 23-də Kiyevə dronlarla zərbələr endiriblər.

Pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının düşməsi nəticəsində şəhərin üç rayonunda avtomobillər yanıb, xəsarət alanlar var.

Qaziler.az bildirir ki, "RBK-Ukrayna" agentliyinin şəhər meri Vitali Kliçko və Kiyev Şəhər Hərbi Administrasiyasına istinadən verdiyi məlumata görə, paytaxtın Şevçenko rayonunda qalıqların düşməsi nəticəsində iki avtomobil yanıb. Bundan əlavə, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib, 2–4-cü mərtəbələrin eyvanlarına ziyan dəyib. Binadan iki nəfər xilas edilib.

Həmçinin Qoloseyev rayonundakı kritik infrastruktur obyektinin ərazisində və Peçersk rayonunda da Rusiya dronunun qalıqlarının düşməsi nəticəsində avtomobillərdə yanğın qeydə alınıb.

Mer Vitali Kliçkonun son məlumatına əsasən, həkimlər üç yaralını xəstəxanaya yerləşdiriblər və onlardan biri xarici ölkə vətəndaşıdır. Hazırda hadisə yerlərində təcili yardım və xilasetmə xidmətləri çalışır.

QAZİLER.AZ