Estoniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaziler.az bildirir ki, bu barədə "İzvestiya"nın müxbiri 23 noyabrda məlumat verib.
Diplomat Tallinin bu ilin 1 dekabr tarixindən etibarən Rusiya sərhədindəki nəzarət-buraxılış məntəqələrini bağlamaq qərarından sonra Moskva vaxtı ilə təxminən saat 14:58-də Rusiya Xarici İşlər Nazirliyinə gəlib.
Estoniyanın müvəqqəti işlər vəkili avtomobilindən düşdükdən sonra həmkarı ilə birlikdə heç nə danışmadan binaya daxil olub.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 20-də bəyan edib ki, Estoniyanın müvəqqəti işlər vəkili Rusiyaya qarşı düşmənçilik xarakterli addımların qəbuledilməzliyi barədə rəsmi mövqeyin çatdırılması üçün nazirliyə çağırılacaq. O qeyd edib ki, sərhəd-keçid məntəqələrinin birtərəfli qaydada bağlanması çox sayda rusiyalı həmvətənin hüquq və maraqlarını pozur və Tallinin yeni "dəmir pərdə" yaratmaq cəhdləri ilə müqayisə oluna bilər.
QAZİLER.AZ

