İstanbulda tramvay ilə sərnişin avtobusu toqquşub, yaralılar var

İstanbulda tramvay ilə sərnişin avtobusu toqquşub, yaralılar var backend

İstanbulun Fatih rayonunda, Haseki tramvay dayanacağı yaxınlığında tramvay ilə İETT sərnişin avtobusu toqquşub.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Xəsarət alanların olduğu bildirilən qəzada aidiyyəti qurumların xilasetmə və müdaxilə işləri davam edir.

Xəsarət alanların vəziyyəti ilə bağlı məlumat verilmir.

QAZİLER.AZ