Paşinyan bir şərtlə istefa verəcəyini dedi

Paşinyan bir şərtlə istefa verəcəyini dedi backend

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların referendumda yeni konstitusiya layihəsini dəstəkləməyəcəyi təqdirdə istefa verəcəyinə söz verib.

Qaziler.az bildirir ki, "News.am" portalının məlumatına görə, hökumət başçısı sənədin təsdiqlənəcəyi halda belə, növbəti növbəti və ya növbədənkənar seçkilərdə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

"Əgər xalq konstitusiyanın əleyhinə səs verərsə, yeni konstitusiya qəbul edilməzsə, mən istefa verəcək və baş nazir postundan gedəcəyəm", — deyə siyasətçi vurğulayıb.

Paşinyan müxalifətə Əsas Qanun layihəsinin ümumxalq səsverməsinə çıxarılmasını dəstəkləməyi təklif edib. Bu proses başa çatana qədər o, diqqətini Azərbaycanla münasibətlərin sülh yolu ilə nizamlanmasına yönəltmək niyyətindədir.

QAZİLER.AZ