Rusiyanın Kiyev vilayətinin Dımer qəsəbəsindəki beşmərtəbəli yaşayış binasına endirdiyi zərbə 11 nəfərin həyatına son qoyub, daha iki nəfərin taleyi isə naməlum olaraq qalır.
Qaziler.az bildirir ki, "RBK-Ukrayna" agentliyinin məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Dövlət başçısı bildirib ki, zərbə endirilən ərazidə dağıntıların təmizlənməsi bütün gecə davam edib və dağıntılar altından daha yeddi nəfərin meyiti çıxarılıb.
"Ümumilikdə, təkcə Rusiyanın bu zərbəsi nəticəsində 11 nəfər öldürülüb. Bütün doğmalarına və yaxınlarına başsağlığı verirəm... İki nəfərin taleyi hələ də naməlumdur. Təkrar zərbələr və "Şahed" dronlarının hücum təhlükəsi səbəbindən insanların xilas edilməsi və axtarışı işlərini dayandırmaq məcburiyyətində qalırdıq", — deyə prezident qeyd edib.
Zelenski əlavə edib ki, hazırda həkimlər dünən Dımerdəki binanın dağıntıları altından xilas edilən David adlı oğlana zəruri tibbi yardım göstərirlər.
"Valideynləri hazırda onun yanındadır. Daha dörd yaralı da xəstəxanadadır. Onların arasında gecə xilas edilən və dağıntılar altında təxminən 22 saat qalan qadın da var", — deyə məlumatda bildirilir.
QAZİLER.AZ

