Valyuta mübadiləsi zamanı soyğunçuluq edən miqrant saxlanılıb - VİDEO

Valyuta mübadiləsi zamanı soyğunçuluq edən miqrant saxlanılıb - VİDEO backend

Moskvada miqrant valyuta mübadiləsi zamanı tanışını qarət edib, cinayət anı küçədəki müşahidə kamerasına düşüb.

Qaziler.az bildirir ki, videogörüntü Rusiya Daxili İşlər Nazirliyinin paytaxt üzrə Baş İdarəsi tərəfindən "Lenta.ru" nəşrinə təqdim olunub.

Kadrlarda bir avtomobil və onun yanında yerə yıxılan kişi görünür. Polis əməkdaşları isə eynəkli bir kişini saxlayırlar.

36 yaşlı gəlmə Baqrationovski keçidindəki ticarət mərkəzinin yanında tanışı ilə görüşərək ona valyuta mübadiləsi üçün 10 milyon rubl ekvivalentində pul verib. Həmin şəxs pulları alan kimi hadisə yerindən qaçmaq üçün avtomobilə əyləşib. Zərərçəkən maşının qapısının dəstəyindən yapışsa da, bir neçə on metr sonra yolun hərəkət hissəsinə yıxılıb.

Polis əməkdaşları Moskva vilayətində müvəqqəti yaşayan 39 yaşlı əcnəbini saxlayıblar. Onun barəsində soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb. Oğurlanan vəsaitin bir hissəsi zərərçəkənə qaytarılıb, qalan hissəsini isə cinayətkar xərcləməyə macal tapıb. O, həbs edilib.

QAZİLER.AZ