Odesada elektrik, istilik və su kəsintiləri yaşanıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Lısak bunu 23 noyabrda özünün Telegram kanalında açıqlayıb.
"Son iki gün Odesa üçün sınaq olub. Şəhər elektrik, istilik və susuz qalıb", - deyə o yazıb.
Administrasiya rəhbərinin sözlərinə görə, problemlər Odesa bölgəsindəki enerji obyektlərinə dəyən ziyan səbəbindən yaranıb. Lısak həmçinin bildirib ki, dünən gecə bölgədə yenidən hava hücumu xəbərdarlığı səsləndirilib.
QAZİLER.AZ

