Kiyevdə dron qalıqları iki təhsil müəssisəsinin ərazisinə düşüb

Kiyevdə dron qalıqları iki təhsil müəssisəsinin ərazisinə düşüb backend

Noyabrın 23-də səhər saatlarında Rusiyanın Kiyevə hücumu zamanı pilotsuz uçuş aparatlarının qalıqları iki təhsil müəssisəsinin ərazisinə düşüb. Hadisə yerlərində fövqəladə hallar xidmətinin əməkdaşları fəaliyyət göstərir.

Bu barədə Kiyev meri Vitali Kliçkonun Teleqram kanalına istinadən RBC-Ukrayna məlumat yayıb.

Merin sözlərinə görə, Svyatoşin rayonunda dronun qalıqları təhsil müəssisələrindən birinin ərazisinə düşüb. Hadisə nəticəsində yanğın baş verməyib.

Digər ünvanda yerləşən başqa bir təhsil müəssisəsinin ərazisində də pilotsuz uçuş aparatının qalıqlarının düşməsi qeydə alınıb.