Rusiyanın Kiyevə gecə zərbəsi: Azı 15 nəfər ölüb

Rusiyanın Kiyevə gecə zərbəsi: Azı 15 nəfər ölüb backend

Ukraynanın paytaxtı Kiyev və ətraf bölgələrə Rusiyanın gecə saatlarında endirdiyi zərbələr nəticəsində azı 14 nəfər həyatını itirib.

 

“AFP” xəbər verir ki, Kiyevdən təxminən 45 kilometr şimalda yerləşən Dymer qəsəbəsində beşmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində binanın bir hissəsi çöküb.

 

Kiyev vilayətinin qubernatoru Tımur Tkaçenkonun “Telegram” kanalında verdiyi məlumata görə, hadisə nəticəsində Dymerdə azı 11 nəfər həlak olub. Dağıntılar altında qalan sakinlərin axtarışı və xilasetmə işləri davam etdirilib.

 

Bundan başqa, Kiyev vilayətinin Bila Tserkva şəhərində yaşayış evinə endirilən zərbə yanğına səbəb olub. Nəticədə daha bir nəfər həyatını itirib.

 

Gecə hücumları nəticəsində Kiyev vilayətində ümumilikdə azı 15 nəfərin öldüyü bildirilir. (apa)