Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini təqdim etdi

Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini təqdim etdi backend

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Layihə bu məqsədlə yaradılan xüsusi saytda dərc olunub.

 

Modern.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

 

“Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini bu məqsədlə yaradılmış xüsusi sayt vasitəsilə təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın layihəni rahat oxuya və təkliflərini təqdim edə bilməsi üçün yaradılıb”, – Paşinyan bildirib.

 

Baş nazir saat 10:00-da canlı yayımda müraciət edəcəyini də açıqlayıb.