İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub - YENİLƏNİB

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub - YENİLƏNİB backend

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

 

Məlumata əsasən, zəlzələ yerli vaxtı ilə 01:25-də baş verib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

 

Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

 

00:25

 

xxx

 

İranın Xoy şəhəri yaxınlığında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, yerli vaxtla saat 22:21-də baş verən zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

 

Yeraltı təkanların episentri Türkiyənin Van vilayətinin Özalp rayonundan 47,59 kilometr məsafədə qeydə alınıb. (trend.az)