Rusiya və Çin İran cəmiyyətinin bir hissəsinin bu addıma müəyyən dərəcədə hazır olmasına baxmayaraq, İrana daha ehtiyatlı davranmağı və hələlik nüvə silahı yaratmaq barədə qərar qəbul etməməyi tövsiyə edir.
Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Ərdəstani bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun təzyiqləri Tehranı nüvə silahının hazırlanması imkanlarını müzakirə etməyə sövq edir və ölkədəki ictimai rəy əvvəlki yanaşmaya yenidən baxmağa müəyyən mənada hazırdır.
Parlamentari qeyd edib ki, ölkə daxilində nüvə silahına sahib olmağın tərəfdarları onun əldə edilməsinin İranın çəkindirmə potensialını gücləndirəcəyi fikrindən çıxış edirlər.
QAZİLER.AZ

