İstanbulun Bağcılar Dövlət Xəstəxanasında 2 mühafizəçi xəstə yaxınlarının hücumuna məruz qalıb.
Qaziler.az bildirir ki, dünyasını dəyişən xəstənin yaxınları ilə mühafizəçilər arasında "cənazəni görmək tələbi" üstündə mübahisə yaranıb. Mübahisə zamanı xəstə yaxınları 2 mühafizəçini bıçaqlayıblar. Hadisə ilə bağlı 4 nəfər saxlanılıb, yaralı əməkdaşların müalicəsi isə davam edir.
Xəstəxanada müalicə alan bir şəxs səhər saatlarında vəfat edib. Mərhumun yaxınları cənazəni görmək istədikdə buna icazə verməyən mühafizəçilərlə aralarında narazılıq baş verib. Mübahisənin böyüməsi nəticəsində mərhumun yaxınları 2 mühafizəçini bıçaqla yaralayıblar.
Faktla bağlı araşdırmalara başlayan polis əməkdaşları 4 şübhəlini saxlayıblar.
QAZİLER.AZ

