Avtobusda yaranan mübahisə qanla bitdi: Tələbə qız ona irad bildirən kişini bıçaqladı - VİDEO

Avtobusda yaranan mübahisə qanla bitdi: Tələbə qız ona irad bildirən kişini bıçaqladı - VİDEO backend

Rusiyanın Krasnoyarsk şəhərində ictimai nəqliyyatda yaranan mübahisə zəminində kişiyə bıçaqla zərbə endirən 16 yaşlı tələbə qız məhkəmə qarşısına çıxarılacaq.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 20-də Krasnoyarsk diyarının prokurorluğu məlumat yayıb.

"2026-cı ilin avqust ayında 16 yaşlı tələbə qız 78 nömrəli avtobusun salonunda spirtli içki qəbul edib və şüşəni pəncərədən çölə atıb", — deyə qurumun "Maks" messencerindəki açıqlamasında bildirilir.

İdarənin məlumatına görə, sərnişinlərdən biri ona irad bildirib, qız isə buna aqressiv reaksiya verərək kişinin üzünə təpik vurmağa cəhd edib. Cavab olaraq sərnişin tələbəni yerə yıxaraq ayağı ilə sıxıb. Daha sonra kişi dayanacaqda avtobusdan düşsə də, qız onun arxasınca gedib. Kişiyə çatan yetkinlik yaşına çatmayan qız qatlanan bıçaqla onun qarın nahiyəsinə zərbə endirib. Nəticədə zərərçəkən ağır xəsarət alıb.

Tələbə qız barəsində silah tətbiq etməklə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. 

QAZİLER.AZ