Putin ukraynalılara müraciət etdi

Putin ukraynalılara müraciət etdi backend

Rusiya Prezidenti Vladimir Putin Birinci Kanalın "Bizim xaç suyuna salınmağımız. Başçı" filmi üçün rejissor Emir Kusturitsaya verdiyi müsahibədə ukraynalılara müraciət edərək, hazırkı faciələrə baxmayaraq gələcək barədə düşünməyə və tarixin ortaq, doğru tərəfində olmaq üçün Rusiya ilə səyləri birləşdirməyə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya mətbuatı yazıb.

"Demək istərdim ki, bizim tərəfimizə keçin, çünki bu, bizim ortaq tərəfimizdir. Məhz ortaq tərəfə, tarixin doğru tərəfinə keçin", — deyə Putin vurğulayıb.

Beləliklə, Rusiya Prezidenti Vladimir Putin ukraynalıları "tarixin doğru tərəfi" adlandırdığı Rusiyanın tərəfinə keçməyə səsləyib.

Rusiya lideri qarşıdurmanı xarici qüvvələrin "parçala və hökm sür" prinsipi ilə Rusiyanı zəiflətmək və tabe etdirmək cəhdləri ilə əlaqələndirib ki, onun sözlərinə görə, bu da Ukraynanın maraqlarına qətiyyən cavab vermir.

Prezident qeyd edib ki, bu gün hansı faciələrin baş verməsindən asılı olmayaraq, insanlar öz övladlarının gələcəyi barədə düşünməli və anlamalıdırlar ki, güc, əhəmiyyət və yaxşı inkişaf şəraiti üçün ümumi məqsədlər naminə səyləri birləşdirərək birlikdə olmaq lazımdır.

QAZİLER.AZ