Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı ikiqat artıb - VİDEO

Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı ikiqat artıb - VİDEO backend

Kiyevdə gecə saatlarında həyata keçirilən hücum nəticəsində həlak olanların sayı iki dəfə artıb.

Qaziler.az bildirir ki, "RBK-Ukrayna" agentliyinin məlumatına görə, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının mətbuat katibi Yekaterina Pop telemarafonun efirində bildirib.

"Təəssüf ki, gecə saatlarında ballistik raketlər və zərbə PUA-ları ilə edilən hücum nəticəsində ölənlərin sayı artıq 6 nəfərə çatıb", — deyə Yekaterina Pop qeyd edib.

Onun sözlərinə görə, həlak olanlar arasında "Kiyevvodokanal" kommunal müəssisəsinin əməkdaşları da var.

"Hazırda bütün obyektlərdə hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. Həmçinin qeyd etmək istərdim ki, yaralıların sayı 15 nəfərə yüksəlib. Onlardan yeddisinin vəziyyəti orta-ağır, səkkizinin vəziyyəti isə ağırdır. Hazırda onların hamısı paytaxtın tibb müəssisələrinə yerləşdirilib və zəruri tibbi yardım göstərilir", — deyə mətbuat katibi əlavə edib.

QAZİLER.AZ