Kiyevdə Dnepr çayı üzərindəki üç körpü zədələnib

Kiyevdə Dnepr çayı üzərindəki üç körpü zədələnib backend

Kiyevdə Dnepr çayı üzərindəki üç körpüyə ziyan dəyib.

Qaziler.az bildirir ki, bu barədə şəhərin meri Vitali Kliçko özünün "Telegram" kanalında məlumat verib. Körpülərdən birində avtomobillərin hərəkəti tamamilə dayandırılıb, digərində isə yalnız sağ sahil istiqamətində hərəkətə icazə verilib.

"Paytaxtın sol və sağ sahilləri arasında hərəkətin çətinləşməsi ilə əlaqədar sakinlərə müraciət edərək, kəskin zərurət olmadan şəxsi avtomobillərlə şəhərə çıxmamağı xahiş edirəm", — deyə Kliçko qeyd edib.

Kliçkonun sözlərinə görə, Podolsk-Voskresenski körpüsü avtomobillər üçün bağlanıb. Darnitsa keçidində mütəxəssislər qurğunun vəziyyətini yoxlayırlar. Cənub körpüsü ilə isə yalnız sol sahildən sağ sahilə keçmək mümkündür.

QAZİLER.AZ