Donald Tusk: Polşa öz hərbçilərini Ukrayna ərazisinə göndərmək niyyətində deyil

Donald Tusk: Polşa öz hərbçilərini Ukrayna ərazisinə göndərmək niyyətində deyil backend

Polşa Kiyev üçün təhlükəsizlik təminatlarının müzakirəsində iştirak etməsinə baxmayaraq, öz hərbçilərini Ukrayna ərazisinə göndərmək niyyətində deyil.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 19-da Polşanın Baş naziri Donald Tusk Berlində keçiriləcək "istəklilər koalisiyası"nın görüşünə getməzdən əvvəl bəyan edib.

"Biz lap əvvəldən bildirmişik ki, Polşa əsgərləri Ukraynada olmayacaq", — deyə Tuskun sözləri hökumət başçısının dəftərxanasının saytında sitat gətirilib.

Bununla belə, Polşanın baş naziri vurğulayıb ki, Varşava Kiyevə logistik dəstək göstərmək və E5 formatı çərçivəsində sülh danışıqlarında iştirak etmək daxil olmaqla, münaqişənin başa çatdırılması səylərinə qoşulmağa davam edəcək. Onun sözlərinə görə, istənilən razılaşma Polşanın təhlükəsizliyini və Ukraynanın suverenliyini nəzərə almalıdır.

QAZİLER.AZ