Türkiyənin Qaziantep vilayətinin Nizip rayonunda borc məsələsinə görə bir nəfərlə mübahisə edən qadın avtomobilindən götürdüyü ov tüfəngi ilə küçəyə çıxaraq havaya atəş açıb.
Qaziler.az bildirir ki, bu barədə
Ətrafdakıların qorxu dolu anlar yaşadığı hadisə mobil telefon kamerasına düşüb, polis əməkdaşları tərəfindən razı salınan qadın isə saxlanılıb.
Hadisə Nizip rayonunun Cümhuriyyət məhəlləsində baş verib. İddiaya görə, Ş.T. adlı qadın borc məsələsi üstündə bir şəxslə mübahisə edib. Mübahisədən sonra avtomobilindəki ov tüfəngini götürərək küçəyə çıxan qadın ətrafdakılara qışqırıb, bir müddət sonra isə təsadüfi şəkildə havaya atəş açaraq qarşısındakı şəxslə mübahisəsini davam etdirib. Həmin anlar mobil telefon kamerası ilə qeydə alınıb.
Hadisədən sonra əraziyə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerinə gələn polis əməkdaşları əlində tüfənglə gözləyən qadını qısa müddətdə razı salaraq saxlayıblar. Onun polis idarəsindəki ifadə və sənədləşmə işlərinin davam etdiyi bildirilib.
Xəsarət alanın olmadığı hadisə ilə bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ

