"Məhkəmədə görüşərik" - Nikol Paşinyan sualından qəzəbləndiyi jurnalistlə söz savaşına çıxdı

"Məhkəmədə görüşərik" - Nikol Paşinyan sualından qəzəbləndiyi jurnalistlə söz savaşına çıxdı backend

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinq zamanı emosiyalarını cilovlaya bilməyərək ona sual ünvanlayan jurnalist Ripsime Cebecyanın ünvanına şəxsi təhqirlər səsləndirib, daha sonra isə ona qarşı məhkəmə iddiası qaldırmaq üçün səbəb tapacağını deyib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, brifinqin yayımı Nazirlər Kabinetinin "YouTube" kanalında aparılıb. Münaqişə "Yerablur" hərbi panteonu üstündə alovlanıb.

Jurnalist qadın diqqəti ona yönəldib ki, baş nazir "Qarabağ hərəkatı" ilə əlaqədar müxalifətə mütəmadi olaraq "niyə döyüşərək həlak olmadınız?" sualını ünvanlayır. O, baş nazirin özünün və silahdaşlarının niyə sağ qaldığı ilə maraqlanıb. Bundan əlavə, jurnalist qeyd edib ki, Paşinyan daim şəxsi təhqirlərə və hədələrə əl atır, hüquq-mühafizə orqanları isə buna göz yumur, halbuki adi vətəndaşlar öz fikirlərinə görə məhkəmə iddiaları ilə üzləşirlər.

Paşinyan cavabında bəyan edib ki, jurnalistlər "Yerablur"u alver predmetinə (xırda pula) çeviriblər. Baş nazir onlar kimi insanların ikrah doğurduğunu vurğulayıb. Paşinyan həmçinin əmin edib ki, onun əsas qayğısı "Yerablur"un daha da böyüməməsidir. Onun sözlərinə görə, belə olacağı təqdirdə jurnalist və onun kimi ikrahdoğurucu insanlar çörəkpulu qazana bilməyəcəklər. KİV nümayəndəsi bu sözlərdən sonra məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirib.

"Mən də sizə qarşı məhkəməyə müraciət etmək üçün səbəb tapacam. Məhkəmədə görüşərik", — deyə Paşinyan ona cavab verib.

QAZİLER.AZ