Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın İrəvan merinə və paytaxtın problemlərinə yönəlmiş tənqidlərinə münasibət bildirib.
Qaziler.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə Paşinyan noyabrın 19-da keçirilən brifinqdə danışıb. Paşinyan qeyd edib ki, Akopyanın sözlərini öz ünvanına yönəlmiş tənqid kimi qəbul edir və onun səsləndirdiyi aşkar problemlərin həlli üçün əlindən gələni edəcəyinə söz verib.
Annanın onunla məsləhətləşib-məsləhətləşmədiyi, cütlüyün birlikdə yaşayıb-yaşamadığı (daha əvvəl onlar boşanmışdılar), əgər birlikdə yaşamırlarsa, niyə onu dövlət mühafizəsinin müşayiət etdiyi barədə suala Paşinyan belə cavab verib:
“Akopyan "Kondda (hökumət iqamətgahında) yaşayır" və öz ictimai fəaliyyətini onunla müzakirə etmir. Bu, normaldır. Lazım bildiyi yerdə məsləhətləşir, lazım bilmədiyi yerdə isə yox. Ermənistan demokratik ölkədir", – deyə Paşinyan bəyan edib.
QAZİLER.AZ

