İran qonşu ölkələrə xəbərdarlıq edib. Bildirilib ki, ABŞ həmin ölkələrin ərazisindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etməyə davam edərsə, Tehran həmin dövlətlərə zərbələr endirməyi əsaslı hesab edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Nazirlik region dövlətlərini ABŞ-nin hərbi əməliyyatlarının öz ərazilərində planlaşdırılmasının, hazırlanmasının və həyata keçirilməsinin qarşısını almağa çağırıb.
Bəyanatda iddia olunub ki, Tehran indiyədək qonşu ölkələrə hörmət əlaməti olaraq “maksimum təmkin” nümayiş etdirib. İran XİN-in sözlərinə görə, bu ölkələrin ərazisinə endirilən zərbələr yalnız ABŞ-nin hərbi bazalarını və aktivlərini hədəfə alıb, regional hökumətlərin özlərinə isə zərər vurulmayıb.
QAZİLER.AZ

